AZ

Bayden Puerto Rikodakı praymerizdə 99,5% səs toplayıb

ABŞ-ın hazırkı prezidenti Co Bayden Puerto Rikoda keçirilən praymerizdə səslərin 99,5%-ni toplayıb.

Modern.az xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı məlumat yayıb.

“Co Bayden Puerto Rikoda Demokratlar Partiyasının ilkin seçkilərində liderdir. O, 99,5 faiz səs toplayıb. Yarışı tərk edən Din Fillips 0,5 faiz səs toplayıb".

Associated Press-in məlumatına görə, ştatın sakinləri əslində ABŞ vətəndaşları olsalar da, onlara prezident seçkilərində səs vermək qadağandır.

Məsələ burasındadır ki, Puerto-Riko ABŞ-dan asılı olan ərazidir, o, ABŞ-ın “qeyri-korporativ mütəşəkkil ərazi” kimi idarəsi altındadır və onun tərkib hissəsi deyil. ABŞ Konstitusiyası orada məhduddur, ali hakimiyyət ABŞ Konqresinə məxsusdur, lakin ərazinin öz muxtariyyət sistemi var.

Yeri gəlmişkən, sorğuya əsasən, Bayden əvvəlki populyarlığını itirib. O, yeddi əsas ştatdan altısında prezidentliyə namizəd Donald Trampa uduzur. Tramp daha əvvəl Pensilvaniya praymerizində qalib gəlib.

Amerikalılar noyabrda prezident seçəcəklər.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla