AZ

Türkiyənin yeni kurikulum layihəsində: Fələstin

Türkiyə Milli Təhsil Nazirliyi yüksək milli şüurlu şəxsiyyətlər yetişdirməyi qarşısına məqsəd qoyan yeni kurrikuluma bir çox əlavə və yeniləmələr edir.

News24.az xəbər verir ki, Fələstindəki insan faciəsindən Türkiyə-Ermənistan münasibətlərinə, Kiprə qədər bir çox mühüm mövzular “Türkiyə Əsr Təhsil Modeli” adlı tədris proqramı layihəsində geniş şəkildə yer alıb.

Yeni kurikulumda mövcud inkişaflara uyğun olaraq İnqilab Tarixi və Atatürkçülük kursuna mühüm əlavələr və yeniləmələr edilib.

Qeyd edək ki, regional məsələlər, xüsusilə Türkiyə ilə bağlı məsələlərə geniş yer verilib. Fələstində baş verən hadisələr kurrikuluma geniş şəkildə daxil edilib. Daha əvvəl 'Sionizm Problemi' olaraq bəhs edilən mövzu, 'Sionist hərəkatlar, Fələstin məsələsi və müstəmləkəçiliyin çevrilməsi' olaraq genişlənib.

Günel Məlikzadə


Seçilən
3
Mənbələr
Şərh ()
Bağla