AZ

İnformatika fənni üzrə RFO-nun nəticələri açıqlanıb

28 aprel 2024-cü il tarixində ADA Universiteti və Bakı Ali Neft Məktəbində informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

 

Bu barədə Təhsil İnstitutundan AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, aşağı yaş qrupu üzrə yarışda iştirak edən 78 nəfər şagirdə 5 alqoritmik məsələ və 4 saat vaxt, yuxarı yaş qrupu üzrə yarışda iştirak edən 61 nəfər şagirdə isə 5 alqoritmik məsələ və 5 saat vaxt verilib. Qaydalara əsasən, hər iki yaş qrupu üzrə 1-5-ci yerlər və 5-ci yer ilə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 6-15-ci yerlər və 15-ci yer ilə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 16-30-cu yer və 30-cu yer ilə eyni nəticəni göstərən şagird isə bürünc medal qazanıb.

 

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”-ın baş sponsorluğu ilə keçirilir.

 

Bütün iştirakçılara uğurlar arzulayırıq.


Müvafiq keçidə daxil olmaqla nəticələr ilə tanış ola bilərsiniz:

 

RFO-nun informatika fənni üzrə final turunun nəticələri

Seçilən
45
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq