AZ

Heydər Əliyev və müasir Azərbaycan -FOTO

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında “ Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda dəyirmi masa  keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayonunun ictimai- siyasi həyatında fəal iştirak edən gənclər çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda istifadə olunan qüdrətli vasitələr sırasında azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin gücləndirilməsinin həlledici rol oynadığı vurğulanmışdır. Daha sonra  zəngin Heydər Əliyev irsinin davamçısı müasir Azərbaycan siyasətində qüdrətli bir fenomen olan İlham Əliyevin üzaqgörən və düşünülmüş siyasətindən söhbət açılmışdır.

” Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib olmuş ,vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır! ” - deyə qeyd edilmişdir.

Dəyirmi masa diskussiya şəklində davam etmidir.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla