AZ

Milli Məclisdə Qətər Dövlətinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələlərikomitəsinin üzvləri Qətər Dövlətinin Milli İnsan HüquqlarıKomitəsinin sədri (Ombudsman) Məryəm bint Abdullah Əl-Attiyanınrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Parlamentdən Trend-ə verilən məlumata görə, Ailə, qadın və uşaqməsələləri komitəsinin sədri Hicran Hüseynova qonaqlarısalamlayaraq, Azərbaycan-Qətər əlaqələrinin yüksək səviyyədəinkişaf etdiyini söyləyib. Qeyd edilib ki, iki ölkəninmünasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.Azərbaycan Qətərlə bütün sahələrdə ikitərəfli əlaqələringenişləndirilməsinə böyük əhəmiyyət verir. Qarşılıqlı səfərlər vəkeçirilən görüşlər iki ölkə arasında əlaqələrin güclənməsinə təkanverir.

Komitə sədri ölkəmizdə insan haqlarının təmin edilməsinə, ocümlədən qadın və uşaqların hüquqlarının müdafiəsinə xüsusi önəmveridlyinin bildirib. O, Azərbaycanda bu sahədə aidiyyəti qurumun –Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətgöstərdiyini diqqətə çatdırıb.

H.Hüseynova iki ölkə arasında parlamentlər səviyyəsində müsbətəlaqələrin mövcudluğunu, bu sahədə münasibətlərin daha dadərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, MilliMəclisdə Ailə, qadın və uşaq məsələləri üzrə komitədə bu sahədəqanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən bəhsedib.

Komitə sədri həm ikitərəfli formatda, həm də regional vəbeynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Qətərin uğurlaəməkdaşlıq etdiyini, bir-birlərini dəstəklədiklərini deyib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixiZəfəri, işğaldan azad edilmiş torpaqlarda geniş miqyaslıbərpa-quruculuq işlərinin həyata keçirilməsi, müasirinfrastrukturun yaradılması barədə söhbət açılıb.

Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri(Ombudsman) Məryəm bint Abdullah Əl-Attiya səmimi görüşə vəqonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Qətərin Azərbaycanlasiyasi, iqtisadi, sosial, mədəni və humanitar əlaqələri inkişafetdirməkdə maraqlı olduğunu deyib. Qonaq ölkəmizdə müşahidə olunantərəqqi və inkişafdan məmnunluğunu ifadə edib.

O, ölkəsində qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlıhəyata keçirilən proqramlar, qadınların müxtəlif yüksək vəzifələrdətəmsilçiliyi, təhsil, səhiyyə sahələrində, habelə dövlətqurumlarında fəal iştirakı barədə məlumat verib.

Məryəm bint Abdullah Əl-Attiya parlamentlər səviyyəsindəəlaqələrin inkişaf etdirilməsi, müvafiq qurumlar arasındaəməkdaşlığın genişləndiriməsi ilə əlaqədar fikirləriniaçıqlayıb.

Görüşdə iştirak edən Qətərin Milli İnsan Hüquqları KomitəsininBaş Katibi Sultan bin Həsən Əl-Camali ölkəsində qadın hüquqlarınıntəmin edilməsi ilə bağlı həyata keçirilən layihələr,qanunvericilikdə olan yeniliklərdən bəhs edib.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikirmübadiləsi aparılıb.

Görüşdə komitənin sədr müavini Jalə Əliyeva, üzvləri TamamCəfərova, Sədaqət Vəliyeva, Könül Nurullayeva, Sevil Mikayılova,Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri, QətərinAzərbaycandakı səfirliyinin təmsilçiləri və digər rəsmi şəxsləriştirak ediblər.

Milli
Milli
Seçilən
83
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq