AZ

Abşeronda polis narkotiklə bağlı əməliyyat keçirdi: xaricdəki narkotacirlərin səs yazıları açıqlandı

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsininəməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşıXırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbəərazilərində silsilə əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, tədbirlərzamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllərməhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov vəSərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləriavtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakımənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin vəpsixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarlaİrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldəetdikləri müəyyən olunub.

Qeyd edilib ki, saxlanılan şəxslər narkotiklərin bir qismini“izi” itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanındagizlətməkdən belə çəkinməyiblər.

Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaqtədbirləri davam etdirilir.

Seçilən
29
33
Mənbələr
Şərh ()
Bağla