AZ

Pasiyentlərinə böyük diqqət və həssaslıqla yanaşan pediatr - Mütalim Cəfərov

“Həkimlərimizi tanıyaq!” rubrikamızda pasiyentlərinə böyük diqqət və həssaslıqla yanaşan Xocalı Rayon Mərkəzi Xəstəxanasının ASM müdiri və həkim-pediatrı Mütalim Cəfərovu oxuculara təqdim edirik.
 
O, 1965-ci ildə Goranboy rayon Zeyvə kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnistituna həkim-pediatr fakültəsinə daxil olub, 1988-ci ildə universiteti bitirib.
 
Mütalim Cəfərov 1988-ci ildə Mingəçevir Şəhər Uşaq Xəstəxanasında çalışıb.
 
1999-cu ildə hərbi həkim kimi Murov dağda, Tovuzda, Şəmkirdə, Gədəbəydə xidmətdə olub, 2006-cı ildə təxlis olub.
 
O, 2007-ci ildən Xocalı Rayon Mərkəzi Xəstəxanasında həkim- pediatr kimi fəaliyyət göstərir. 2021-ci ildə ASM müdiri vəzifəsinə təyin olunub.
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla