AZ

İsmayıllıda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə aprelin 27-28-də İsmayıllı rayonunda şəhid ailələri və qazilər üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında tibbi müayinə aksiyası keçirilib.

Əvvəlcə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə təşkil olunan aksiyanın iştirakçıları, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon İcra Hakimiyyəti  başçısının Humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vidadi Rəhimov Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Sonra rayon Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində 200-dən artıq şəhid ailəsi, qazi və onların ailə üzvlərinə lazımi tibbi xidmətlər göstərilib, rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji müayinələr aparılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə indiyə qədər Saatlı, Sabirabad, Kürdəmir, Quba rayonları və Lənkəran şəhərində bu qəbildən olan aksiyalar keçirilib.

Seçilən
32
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26781
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26375
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18136
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17210
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14429
Sabah 20 dərəcə isti olacaq
9699
May ayında Azərbaycana qar yağdı - VİDEO
8829
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8598
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8497
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8456
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7237
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6963
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6918
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6602
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6491
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6446
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6038
Azərbaycan nefti ucuzlaşıb
5997
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5871