AZ

Ünsiyyət qurmaq üçün ən çətin 3 bürc -  Hər şeyi səhv anlayırlar

İkitərəfli münasibətlərdə bəzi insanlara nə desən, heç bir nəticə vermir. Belə insanlar hər cümlənizi səhv başa düşməyə meyllidirlər. Dediyiniz hər sözdən özlərinə uyğun nəticə çıxaran belələri ilə ünsiyyət qurmaq çətindir.

Astroloqlar hər sözdən dərhal küsüb-inciyən bürcləri araşdırıb.

Yenisabah.az sözügedən bürcləri təqdim edir:

XƏRÇƏNG

Xərçənglər həmişə emosional və həssas təbiəti ilə tanınıb. Həyatda başlarına gələn hər şeydən dərhal əsəbiləşirlər və buna qarşı çıxa bilmirlər.

Əgər Xərçəng bürcünün nümayəndəsi ilə birlikdəsinizsə, ağzınızdan çıxan hər sözə diqqət etməlisiniz. Hər sözünüzdən fərqli mənalar çıxara bilən Xərçəng bürcü sizdən dərhal inciyə bilər.

Xərçənglər inciyəndə bəzən özlərini saxlaya bilməyib ağlayırlar.

QIZ

Qızların daim narahat, aqressiv və küsəyən xarakterləri var. Onlar həmişə hər şeyin ən yaxşısını istəyirlər və qarşı tərəfi çox tənqid edirlər. Qızlar qarşılarındakına bu cür rəftar göstərirlər, lakin inanılmaz dərəcədə həssasdırlar.

Qız bürcünə bir şey deməzdən əvvəl iki dəfə düşünməlisiniz. Yoxsa dərhal bu cümlələri istədikləri səmtə götürüb həyatınızı zindana çevirə bilərlər. Onlar sözlərinizdən dərhal inciyirlər və zehinlərində fərqli şeylər təsəvvür edirlər.

BALIQLAR

Astrologiyada ən emosional bürc kimi tanınan balıqlarla münasibət qurmaq həqiqətən çətindir. Onlar sevdikləri üçün həmişə fədakar və anlayışlıdırlar, amma bununla belə, Balıqlar dediyiniz hər sözdən qeyri-adi mənalar çıxara bilər.

Sonradan onun könlünü almağa çalışsanız belə, uğursuz ola bilərsiniz.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla