AZ

Bakıdakı klub dünyanın 100 ən yaxşı əyləncə məkanı siyahısında!

Bakının FOMO klubu Britaniyanın məşhur “Dj Mag” jurnalının keçirdiyi sorğulara əsasən dünyanın 100 ən yaxşı klubu siyahısına daxil edilib.

OLAY yazır ki, sözügedən dərgidə insanlar açıq səsvermə yolu ilə ən yaxşı klubları seçirlər.

2023-cü ildə açılan FOMO qısa müddətdə təkcə Azərbaycanın paytaxtında deyil, həm də MDB ölkələrində müasir, uyğun klub musiqisini yetişdirən ən yaxşı gecə həyatı müəssisələrindən biri kimi şöhrət qazanıb.

Xatırladaq ki, DJ Mag 1990-cı illərdən bəri dünyanın 100 ən yaxşı DJ-i və 100 ən yaxşı klubun reytinqlərini dərc edir. Hər il 400 mindən çox insan dünyanın ən yaxşı klublarını seçir. Elektron musiqi və klub mədəniyyətinin sərhədlərini genişləndirmək işinə görə nəşr 17 dəfə rekord sayda “Ən yaxşı musiqi jurnalı” kateqoriyasında Beynəlxalq Rəqs Musiqisi Mükafatlarına layiq görülüb.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla