AZ

Neft Fondu pulunu bu regionlarda saxlayır - SİYAHI

Azərbaycan Dövlət Neft Fondu sahib olduğu vəsaitlərin çox hissəsini xarici ölkələrə investisiya edib. 


Sfera.az xəbər verir ki, 57 milyard dollarlıq ümumi vəsaitin 55,3 faizi istiqrazlara və pul bazarı alətlərinə, 25,7 faizi səhmlərə, 5,8 faizi daşınmaz əmlaka yatırılıb.

 

Vəsaitlərin 13,2 faizi isə qızıl alışında istifadə olunub və alınan qızıl Azərbaycanda saxlanılır. Xarici regionlar üzrə müqayisə apardıqda Neft Fondunun ən çox sərmayə etdiyi regionlar Şimali Amerika və Qərbi Avropadır. 


Şimalı Amerikada cəmi vəsaitlərin 33,1 faizi, Qərbi Avropada isə 30,3 faizi yerləşdirilib. Asiya-Sakit Okean regionu sıralamada üçüncüdür. Bu regiona Fondun vəsaitlərinin 14,4 faizi investisiya olunub. 


Bunlardan başqa vəsaitlərin 0,7 faizi Avstraliyaya və hər birində 0,1 faiz olmaqla Yaxın Şərq, Afrika və Cənubi Amerika regionlarına yatırım edilib. 


Yerdə qalan vəsaitlərin 13,2 faizi qızılda və 8 faizi beynəlxalq maliyyə təşkilatlarında saxlanılır. 


Vasif

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla