AZ

"Meqa Sığorta" cərimələnə bilər

"Meqa Sığorta" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci (fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmaması) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Meqa Sığorta" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla