AZ

Qallaxer və Madueke ləğv edilmiş qoldan danışdılar

“Çelsi”nin futbolçusu Konor Qallaxer Premyer Liqanın 35-ci turunun “Aston Villa” ilə səfər oyununda heç-heçə haqda fikirlərini bildirib:

Arena.az Qallaxerin 2:2 hesabıyla başa çatmış matç barədə fikirlərini təqdim edir:

“Qələbə qazanmaq imkanımız oldu və əla xasiyyət nümayiş etdirdik. Sonda vurduğumuz qol sayılmalı idi, amma bu, mənim qərarım deyildi. Biz başımızı dik tuta bilərik və bundan, böyük inam qazana bilərik”, deyə Qallaxer bildirib.

“Çelsi”nin hücumçusu Noni Madueke də “zadəganlar”ın 90+5-ci dəqiqədə vurulub amma ləğv edilmiş qolu ilə bağlı şərh verib. Maduekenin bu barədə fikirlərini təqdim edirik:

“Məncə, qol sayılmalı idimi? Bəli. Bu vəziyyətlə bağlı başqa söz yoxdur. Bəzən oyunun müxtəlif mərhələlərində daha yaxşı oynamalıyıq. Keyfiyyətimiz boldur və yandığımız zaman istənilən komanda ilə bərabər oynaya bilərik. Son oyun dəhşətli idi. Bu gün 70 dəqiqə ərzində isə komandamız əla idi”, deyə Madueke bildirib.

Yeri gəlmişkən, İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Co Koul da “Aston Villa” – “Çelsi” oyunundakı VAR sisteminin işini şərh edib.

“Ağıllı qayda pozuntusudur. Karlos Badiaşile dirsək vuraraq onu təhrik etdi. Bu, məyusedicidir. Sadəcə düşünürəm ki, VAR ilə qarşımıza qoyduqlarımıza nail ola bilmirik. Bu sistem oyunların həlledici anlarında bizi ehtirasdan məhrum edir”, deyə Koul vurğulayıb.

Xatırladaq ki, hesab 2:2 ikən “zadəganlar”ın oyunçusu Aksel Disasi 90+5-ci dəqiqədə qol vurub, amma VAR-ın müdaxiləsindən sonra qol vəziyyəti ilə bağlı məqamda qayda pozuntusu qənaətilə qol ləğv edilib. Oyun elə, bu hesabla da başa çatıb – 2:2.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla