AZ

Oqanov: “İran bir milyonluq ordu ilə Azərbaycanla vuruşmaz, çünki…”

“Çox şad olardım ki, səhv edim, amma əgər belə davam edərsə, Ermənistan 5 ildən sonra bir dövlət kimi yox olacaq”.

KONKRET.az xəbər verir ki, bu fikiləri rus kristalloqraf-nəzəriyyəçisi, mineralog, kimyaçı, müəllim Artyom Oqanov bildirib.

O, daha sonra bildirib:

Azərbaycan ermənilərin dediyi kimi Türkiyənin köməyi ilə deyil, təkbaşına Ermənistanı məğlub etdi.  Çünki Azərbaycan 30 ildir müharibəyə hazırlaşırdı. Çox təəssüflər olsun ki, Ermənistan bu müharibəyə hazır deyildi. İndi də çox zəifdir.

Ermənistan Azərbaycan qarşısında yalnız müttəfiqləri ilə baş-başa duruş gətirə bilər. Amma onun müttəfiqlərinə baxaq. Məsələn İran. İran bir milyonluq ordu ilə Ermənistana görə Azərbaycanla vuruşmaz. Çünki qarşısında güclü Türkiyəni görəcək. Türkiyənin ordusu NATO-da ikinci ordudur.

Natiq Səlim,

KONKRET.az

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla