AZ

Əliyar Ağayev 11 sarı vərəqə çıxardı, Fatih Terim üzüldü

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə futbol üzrə Yunanıstan Super Liqasının oyunununu idarə edib.

Arena.az xəbər verir ki, azərbaycanlı referi ötən gün baş tutan “Panatinaikos” – “Aris” matçında iş başında olub.

Ağayevə bu görüşdə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək ediblər. Digər FIFA referisi Kamal Umudlu isə AVAR-da yer alıb.

Bakı vaxtı ilə saat 21:30-da start götürmüş qarşılaşmanın yekununda “Aris” 1:0 hesablı qələbəyə sevinib. Qonaqlar 2-ci dəqiqədə vurduqları qoldan sonra bu üstünlüyü sonadək qorumağı bacarıblar.

Prinsipial qarşılaşmada azərbaycanlı referinin işi heç də az olmayıb. Belə ki, Əliyar bütövlükdə 11 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərinin 5, qonaqların 6 oyunçusunu cəzalandırıb.

Xatırladaq ki, Əliyar Ağayev əvvəllər də dəfələrlə Yunanıstan çempionatının oyunlarına təyinat alıb.

Yeri gəlmişkən qeyd edək ki, “Panatinaikos”a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir. Sözügedən komanda hazırda Yunanıstan Super Liqasında 34 oyuna topladığı 71 xalla 3-cü pillədə qərarlaşıb və lider AEK-dən 4 xal geri qalır. “Aris” isə 52 xalla 5-cidir.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla