AZ

Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik

Komitə

Roma, 29 aprel, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif kitabların çapına dəstək göstərir və diaspor təşkilatları bu nəşrlərin olduqları ölkələrdə yayılmasını həyata keçirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Fuad Muradov qeyd edib ki, bu yaxınlarda Yaponiyada musiqi notlarından ibarət nəşr yapon dilində işıq üzü görüb və kitabda Azərbaycan musiqisi haqqında məlumat verilir. Bir neçə gün əvvəl isə Koreya Respublikasında Azərbaycan nağıllarından ibarət kitab çap olunub. Komitə bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

“Bundan başqa, Diasporla İş üzrə Dövlət Komitəsinin mədəniyyətimizin təbliği ilə bağlı layihələri var. İdeya ondan ibarətdir ki, Azərbaycandan olan məşhur musiqiçilər və ustadlar müxtəlif ölkələrə səfər etsinlər və yerli musiqiçilərlə birgə musiqi proqramları hazırlasınlar. Keçən il Berlin və Zalsburq filarmoniyalarında, eləcə də Polşa milli orkestrində bu kimi proqramlar təşkil olunub. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlı musiqiçilərin ölkəmizdə konsertləri keçirilir”, - deyə komitə sədri vurğulayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla