Ukrayna millisinin sabiq baş məşqçisi Mixail Fomenko vəfat edib.
News24.az İdman.Biz-ə istinadən bildirir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.
Futbol veteranı bu gün səhər ölüb. O, 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 2012-16-cı illərdə rəhbərlik etdiyi millini AVRO-2016-ya çıxaran mütəxəssis qitə çempionatından sonra karyerasını başa vurub.