AZ

Dondurulmuş çörək faydalıdırmı?

Dondurulmuş

Bakı, 29 aprel, AZƏRTAC

Son vaxtlar insanlar çörəyi dondurmağın əslində onu daha sağlam vəziyyətə gətirdiyini iddia edirlər. Onlardan bəziləri iddiaları dəstəkləyən araşdırmaların olduğunu bildirirlər.

AZƏRTAC “science alert” saytına istinadla xəbər verir ki, bu məsələnin elmi tərəfi bir qədər qarışıqdır. Çörək bişirildikdə sobanın istiliyi xəmirdəki su ilə birləşərək unun tərkibindəki nişastanın genişlənməsinə və jelatinləşməsinə səbəb olur. Jelatinləşdirilmiş nişastaları həzm etmək daha asandır, onların tərkibindəki qlükozanı hüceyrələrimiz daha asan qəbul edir.

Bəzi sübutlar göstərir ki, bu cür sürətlə əldə edilən qlükoza yeməkdən dərhal sonra insulin səviyyəsini artıra bilər. Hüceyrələrimiz üçün insulin vacib olsa da, onun həddindən artıq olması aclıq hiss yaradır və hətta kökəlməyə gətirib çıxarır.

Ancaq bu jelatinləşdirilmiş nişastaları ehtiva edən qidalar soyuduqda genişlənmiş nişastalar geri çəkilir. Belə olduqda həzm sistemindəki fermentlərin parçalanması çətinləşir. Bu o deməkdir ki, davamlı nişastaların yeməkdən sonra qan şəkəri və insulində "sıçrayışa" səbəb olma ehtimalı daha azdır.

Davamlı nişastanın əmələ gəlmə dərəcəsi çörəyin bişmə temperaturundan və ya dondurulmuş olmasından asılıdır. Üstəlik, çörəyin dondurulması zamanı su içəridə qalır. Belə olan halda o daha təzə və yumşaq qalır.

Bu cür nişastaya kartof, makaron və bəzi bişmiş və soyudulmuş qidalarda rast gəlinir. O, təzə bişmiş nişastadan daha çətin parçalanır, bağırsaqdakı mikrobları qidalandırır, eyni zamanda xolesterolu da aşağı salmağa yardımçı olur.

 

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla