AZ

Taksi ödənişini kartla, yoxsa nağd ödəməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ

"Gediş haqları ilə bağlı vəziyyətin acınacaqlı olmasının başlıca səbəbi taksi fəaliyyətində aparılan islahatların tam nəticələnməməsi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, hələ islahatlar sona çatmayıb: "Burada biz qəbul edilən qərarlara baxdıqda görəcəyik ki, taksometrlərin quraşdırılması, gediş haqqının məsafə ilə təyin olunması, videokameranın quraşdırılması, səs qurğularının və ya videoyazıların bir ay müddətində yaddaşda saxlanması və sair bunlar hamısı məsələnin köklü həllinə yönəlmiş atılacaq addımlar silsiləsidir. Ona görə də bu nöqteyi-nəzərdən deyə bilərik ki, islahatlar sonlansın və sonlandıqdan sonra müəyyən addımlar atmağa lüzum var. İndidən nə isə demək tez olar. Bu nöqteyi-nəzərdən məsələnin obyektiv və subyektiv tərəflərinə baxdıqda görəcəyik ki, doğurdan da, nəqliyyat vasitələrini idarə edən, xüsusilə də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin özlərinin sistematik olaraq müəyyən məsələlərə maraqlı olmasıdır. Yəni istər sərnişin, istər sürücü, avtomobil, şirkət rəhbərliyi məmnuniyyətin tənzimlənməsində maraqlı olmalıdır. Bu halda hər hansı məsələ çıxış yolu ola bilər. Yoxsa, taksi ödənişini kartla, yoxsa nağd ödəmək haqqında sürücülərlə sərnişinlər arasında mübahisələr tez-tez gündəm olacaq. Mövzu olaraq gündəmdə qalacaqdır".

Müəllif: Söylü Ağazadə
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla