AZ

Qurban Qurbanov ekstra bir qərar verəcək?

«Qarabağ» Premyer Liqa mövsümünün sayca beşinci məğlubiyyətini Sumqayıtda aldı. «Sumqayıt»a yenilginin sirrini Qurban Qurbanov bir cümlə ilə ifadə etdi:
"Bu cür qol epizodlarından istifadə edə bilmiriksə, soyuqqanlı ola bilmiriksə, deməli, futbolçuların fikri başqa yerdədir".
"Əşşi, çempion olmuşuq da…" - «Qarabağ»da bunun rahatlığı var. Qurbanov hər nə qədər aparıcı futbolçuların xidmətindən istifadə etsə də, bununla kollektivə hər oyunun onun üçün əhəmiyyətli olmasını göstərsə də, titulun qazanılması ixtiyarındakı qvardiyanı meydandan soyudub.
«Qarabağ» ardıcıl üç turdur ki, qalib gəlmir. Nonsens kimi bir hal! Sezonun ortasında olardı bu, aləm bir-birinə dəymişdi. Bu gün hərə iki şey barədə fikirləşir.
Bir: Gələn təkliflər qarşısında nə edim, qalım, ya gedim.
İki: Yay istirahətini hansı ölkədə keçirim.
Normal vaxtından ayyarım qabaq tətilə çıxmış futbolçulara Qurban Qurbanov mütləq ki, bir söz deyəcək. Sərt şəkildə. Bəlkə də ondan da ağır formada. Əlbəttə ki, məsuliyyət hissini itirmiş oyunçu arsenalı bunların hamısını haqq edir. Pulunu alırsan, buradasan, oynamalısan. Bir sağına, bir soluna, bir də özünə baxmalısan. Aynanın önünə keçməli, soruşmalısan - mən haradayam və nə edirəm?
Qurban Qurbanovun ekstra bir qərar alacağını da gözləməkdəyəm. Azı, 2-3 nəfəri əvəzedici heyətə göndərmək kimi. Nədənsə mənə belə gəlir.

ELNUR

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
20614
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17617
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12665
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7781
May ayında Azərbaycana qar yağdı - VİDEO
7592
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6896
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6841
Sabah 20 dərəcə isti olacaq
6219
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5902
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5723
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5568
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5503
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5411
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5233
Bu yol qovşağında təmir işləri aparılacaq
5168
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4790
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4632
Azərbaycan nefti ucuzlaşıb
4611
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4559
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4365