AZ

Hidroenerji sferası Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna müraciətlər arasında üstünlük təşkil edir - Həmsədr

Bişkek. Trend:

Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna ünvanlanmış müraciətlərinböyük hissəsi kiçik hidroenerji sahəsinə aiddir.

Trend xəbərverir ki, bu barədə qırğız KİV-ə fondun İdarə Heyətinin həmsədriAlmaz Mambetov deyib.

"Fonda göndərilən müraciətlərdə hidroenerjinin payı 29 faiz,infrastruktur layihələr isə 22 faiz təşkil edir. Emal sənayesi 17,aqrar sənaye 13, turizm isə 10 faiz təşkil edir", - o deyib.

İdarə heyətinin həmsədrinin sözlərinə görə, fondun yaradılmasıelan olunan dövrdən çox sayda müraciət daxil olub. Bugünədək 42şirkətdən 42 müraciət daxil olub. Müraciətlərin ümumi məbləği 160milyon ABŞ dollarından çoxdur. Fond sahibkarlarda və iş adamlarındaböyük maraq doğurur.

"Bu, artıq Qırğızıstanda 4-cü inkişaf fondudur. Əvvəlcə,Qırğızıstan-Rusiya, sonra isə Qırğızıstan-Özbəkistan vəQırğızıstan-Macarıstan fondu yaradıldı. Azərbaycan-Qırğızıstanfondundan sonra Qırğızıstan-BƏƏ fondu yaradıldı", - o deyib.

Qeyd edək ki, 11 oktyabr 2022-ci il tarixindəQırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə sazişimzalandı. İlkin olaraq inkişaf fondunun nizamnamə filialı 25milyon ABŞ dolları olub. 2024-cü ilin aprel ayında bu məbləğ 100milyon dollara qədər artırılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla