AZ

Qazaxıstandan Azərbaycan açıqlaması: “Vasitəçi olmayacağıq”

Qazaxıstan Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Almatıda görüşünü təşkil edərkən, danışıqlarda vasitəçi rolunu oynamayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov deyib.

“Almatıda belə bir görüşü planlaşdırırıq. Azərbaycan və Ermənistandakı tərəfdaşlarımızla əlaqədəyik. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Qeyd etmək istərdim ki, söhbət Astananın vasitəçiliyindən getmir, biz yalnız xoşməramlı və məkan xidmətləri göstəririk”, - qazax diplomat bildirib.

Smadiyarov xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında uzunmüddətli möhkəm sülhün yaradılmasının vacibliyini qeyd edib.

Tokayev həmçinin Qazaxıstanın Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma olmaqla yardım göstərməyə hazır olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq