AZ

"Arsenal"ın baş məşqçisi: "Çox yaxşı başladıq, amma..."

London "Arsenal"ının baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 35-ci turunun matçında "Tottenhem" üzərində səfər qələbəsindən duyğularını bölüşüb.

 

Sfera.az xatırladır ki, görüş aprelin 28-də baş tutub və 3:2 hesabı ilə "Arsenal"ın xeyrinə başa çatıb.

 

Arteta rəqibin əla olduğunu dilə gətirib:

 

“Burada oynamaq çətindir. İnanılmaz atmosfer və əla rəqibimiz var idi. İlk hissədə çox təsirli idik, çox yaxşı təşkilatlanmışdıq. İkinci hissəyə də çox yaxşı başladıq, oyuna tam nəzarət etdik və dördüncü qolu da vura bilərdik. Amma alınmadı".

 

Fatimə Lətif

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla