AZ

Azərbaycan Ombudsmanı Qətərin Milli İnsan Hüquqları Komissiyasının sədri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Qətər Dövlətinin Milli İnsan HüquqlarıKomissiyasının sədri Məryəm bin Abdullah əl Attiyah ilə görüşkeçirib.

Görüş zamanı Ombudsman mandatı, insan hüquq və azadlıqlarınıntəmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədəətraflı məlumat verib.

Beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyini qeyd edənMüvəkkil bir sıra beynəlxalq qurumlarla, eləcə də xarici ombudsmanvə milli insan hüquqları institutları ilə sıx əməkdaşlığın mövcudolduğunu, anlaşma memorandumlarının imzalandığını və qarşılıqlıəlaqələrin inkişaf etdirildiyini bildirib.

S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmişdəyişikliklərdən bəhs edərək, əlilliyi olan şəxslərin və uşaqhüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması,ayrı-seçkiliyin qarşısının alınması, informasiya əldə etməkhüququnun təmini və digər sahələrdə mandatının genişləndiyini qeydedib.

Milli Preventiv Mexanizm fəaliyyəti barədə də məlumat verənMüvəkkil əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilətərk edə bilmədiyi yerlərə başçəkmələrin keçirildiyini, rəftar vəsaxlanma şəraitinin araşdırıldığını, verilmiş tövsiyələrinicrasının nəzarətdə saxlanıldığını qonağın diqqətinə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindəndanışan Ombudsman Birinci Qarabağ müharibəsində 4000-ə yaxınvətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ dəməlumat əldə olunmadığını bildirib.

İşğal dövründə Ermənistanın ərazilərimizdə həyata keçirdiyi minaterrorundan bəhs edən Müvəkkil mina probleminin vətəndaşların həyatvə sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin özdoğma torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılanbərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb.

Səbinə Əliyeva cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29-a ev sahibliyi edəcəyini bildirib, bu istiqamətdə mümkünəməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qətərin Milli İnsan Hüquqları Komissiyasının sədri Məryəm binAbdullah əl Attiyah səmimi görüşə görə minnətdarlığını bildirib, öznövbəsində mandatı, sədri olduğu qurumun fəaliyyət istiqamətləribarədə geniş məlumat verib, birgə əməkdaşlıqda maraqlı olduğunuqeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digərməsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Seçilən
31
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq