AZ

Paytaxtın düzəlmək bilməyən problemi: Piyadaları yox sayan sürücülər - FOTO

Paytaxtda ciddi problemlərdən biri də piyadaların yolunu, yəni səkini zəbt edən sürücülərdir. Bu sürücülər sanki yalnız özünü düşünür.

Avtosfer.az xəbər verir ki, Abbasqulu ağa Bakıxanov küçəsində 10-VF-058 qeydiyyat nişanlı “Toyota” markalı, Qurban Abbasov küçəsində 77-MP-405 nömrəli “Honda” markalı, Cəfər Xəndan küçəsində isə 90-RM-642 nömrə nişanlı “Toyota” markalı, 90-UZ-004 qeydiyyat nişanlı “Chevrolet” markalı, 99-XY-540 nömrəli “Hyundaı” markalı avtomobillərinin sürücüləri nəqliyyat vasitələrini səkinin üzərində park edərək piyadaların rahat hərəkətinə mane olub.

Piyadalara, xüsusən də uşaq və əlil arabası istifadə edən vətəndaşlara çətinlik yaradan məsələlərdən biri də pandusun önündə park edilən avtomobillərdir. Xocalı prospektində 99-AX-025 qeydiyyat nişanlı “Land Rover Range Rover” markalı, Azadlıq prospektində 11-AA-017 nömrəli “Lexus” markalı, Koroğlu Rəhimov küçəsində 99-HH-075 nömrə nişanlı “Lexus İS 200 T” markalı və 77-DK-865 qeydiyyat nişanlı “Honda” markalı avtomobillərin sürücüləri analoji qaydanı pozub.

Yusif Səfərov küçəsində 69-BA-009 qeydiyyat nişanlı “Hyundaı” markalı avtomobilin sürücüsü isə qaydanı pozaraq maşını avtobus zolağında park edib.  

Qeyd edək ki, qayda pozan sürücülərin hər biri İnzibati Xətalar Məcəlləsinin maddəsinə əsasən cərimə oluna bilər.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla