AZ

Rusiyalılar may bayramlarında əsasən Türkiyə və Azərbaycana səfər edəcəklər

Rusiyalılar

Bakı, 29 aprel, AZƏRTAC

Özbəkistan, Türkiyə, Azərbaycan, Qırğızıstan və Belarus 1 May – Bahar və Əmək Bayramında rusiyalıların səyahət etmək üçün seçdikləri ən populyar istiqamətlər olub.

AZƏRTAC “tutu.ru” səyahətlər xidmətinin tədqiqatına istinadla xəbər verir ki, aviaistiqamətlər arasında ilk beşliyə Moskva, Peterburq, Soçi, Kalininqrad və Mineralnıye Vodıya uçuşlar daxildir.

Xidmətin məlumatından görünür ki, bayram günlərində xarici ölkələrə uçuşlar arasında ən populyar istiqamət Özbəkistan olub, həmçinin Türkiyə, Azərbaycan, Qırğızıstan və Belarusa reyslərə də tələbat yaranıb.

Qeyd edək ki, “OneTwoTrip”in məlumatına əsasən, Türkiyə rusiyalıların may bayramlarında istirahət üçün ən populyar ölkə adlandırılıb. Bu ölkənin payına aviasifarişlərin 11,5 faizi düşür. İkinci və üçüncü yerləri Birləşmiş Ərəb Əmirlikləri və Çin bölüşür. Ölkələr arasında fərq cüzidir, pay müvafiq olaraq 7,4 faiz və 7,2 faiz təşkil edir. Rusiyalılar, həmçinin bayramlarda Özbəkistana (6,5 faiz), Gürcüstana(5,4 faiz), Qazaxıstana (4,9 faiz), İndoneziyaya (4,5 faiz), Azərbaycana (4,0 faiz) və Belarusa (3,9 faiz) yollanmağı planlaşdırırlar.

İndoneziya və Çində istirahət etmək üçün tələbat ildən-ilə artır: müvafiq olaraq 5,5 və 5 dəfə. Ruslar hazırda Gürcüstana səfərləri iki dəfə çox seçirlər. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinə tələbat 30 faiz və Azərbaycana 20 faiz artıb. Bununla yanaşı, Türkiyəyə tələbat iki dəfə aşağı düşüb, Qazaxıstanın payı üçdəbir dəfə, Ermənistan və Belarusun payları isə 20 faiz azalıb.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla

Reytinq