AZ

"Başkəndin strateji əhəmiyyətini Musabəyov və İsgəndərov kimi deputatlar bilə bilməz" - AÇIQLAMA

"Başkəndin strateji əhəmiyyətini Musabəyov və İsgəndərov kimi deputatlar bilə bilməz" - AÇIQLAMA

Bu gün mətbuatda İTV-nin "Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirdiyinə dair məlumatlar yayılıb. Digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını deyir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir. Danışıqlar prosesinin getdiyi bir vaxtda hər iki deputat yersiz açıqlamaları ilə nə deməyə çalışır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, deputatların fikirləri onların öz şəxsi mülahizələridir. Başkənd bizim şəhərlərə doğru ən azı 15 km sərhədlərimizdən içəriyə doğru olan ərazidə yerləşir:

"Ərazisi xeyli böyükdür və Gədəbəyin içərisində olan anklavdir. Onun strateji əhəmiyyətini Musabəyov kimi deputatlar və ziyalılar bilə bilməz. Ona görə ki, onlar əsgər deyillər. Çox güman ki, heç həmin bölgədə olmayıblar. Bu baxımdan onlar yalnız təxəyyüllərindən çıxış edə bilərlər. Düşünmürəm ki, Azərbaycan tərəfi bu məsələlərdə Başkəndi Ermənistanə güzəştə gedər. Çünki əgər Başkənd ərazisi güzəştə gedilərsə, təqribən 15-16 km məsafə ermənilərə yol verməliyik. Hətta ermənilər orada yaşamasalar belə, yenə də həmin anklav geniş əraziyə malikdir. Başkənd bizim anklav olan kəndlərimizdən - Baganis-Ayrım, Xeyrimli, Bərxudarlı, Şərurun Kərki kəndi ilə nisbətdə daha böyük ərazisi var. Belə hal baş verərsə, gərək onlara koridor düzəldək. Bu zaman ərzində qorumaq üçün sərhədçilər yetişdirməliyik. Hətta bu zaman orada Ermənistan sərhədçiləridə olmalıdır. Buna Azərbaycan yol verə bilməz. Onsuzda Azərbaycan bu məsələni həll edəcək. Bu baxımdan Ermənistan üçündə həmin ərazidə kommunikasiya xətləri və mühəndis istehkam yerləri qurmaq çətindir. Ona görə də Azərbaycan tərəfi beynəlxalq qaydalara uyğun olaraq hər hansı bir ərazidə müəyyən irəli geriləməklə həmin Başkəndin Azərbaycan ərazisinə qatılmasını təmin edə biləcək".

Sevda Səfərova

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla