AZ

“İlham Əliyev dünyaya sülh örnəyi göstərən milli liderdir” – Tənzilə Rüstəmxanlı

30 il ərzində Xocalı soyqırımına susan, BMT qətnamələrinin icra olunmamasını görməzdən gələn, milyonlarla insanımızın didərgin düşməsindən danışmayan dövlətlər və təşkilatlar indi cəfəng bəyanatlar, hesabatlar hazırlayır.  Bütöv bir sistem, şəbəkə Azərbaycana, Azərbaycan liderinə qarşı fəaliyyətdədir.  Həyasızlığın həddi o səviyyədədir ki, hər iki dünya müharibəsinə səbəb olan, tarixə Hitler kimi bir qaniçən diktator verən almanlar öz əməllərinə ar etməyib mediada Azərbaycan liderinə şər atırlar.

Bu fikirləri Avropanın bəzi ölkəlrində Azərbaycana və onun liderinə qarşı atılan böhtan və qarayaxma kampaniyasını şərh edən Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı İnterpress.az-a açıqlamasında səsləndirib.

“Tarix millətlər və xalqlara uyğun onların liderlərini də mahiyyətinə uyğun dəyərləndirir. 100 il öncə  dünya imperiyalarına qarşı vətəninin qurtuluş savaşına başlayan Qazi Mustafa Kamal, “Atatürk” adını qazananda işğalçı Qərb bunu anlamadı. Anlaya da bilməzdi! Çünki onların dövlət adamı, rəhbər saydığı şəxslər işğalçılıq, baş kəsmək, imperatorluq, diktatorluqla ad çıxarmışdılar.

Bir liderin millətin xilaskarı olaraq ATA titulunu qazanmasını onlar dərk edə bilməzdi və bu səbəbdən illərlə  bu şəxsiyyətə atmadıqları çamur qalmadı. Nəhayətdə XX yüzilliyin adamını seçərkən dünya insanlığı öz seçimini etmişdi. Bu, Türk liderinin bəşəri mahiyyətinin təsdiqi idi.

100 il sonra böyük Qazinin missiyasını təkrarlayan Azərbaycan Prezidentinin Zəfər Savaşı ilə Qalib, Müzəffər Komandan titulu da Avropanı eyni şəkildə qıcıqlandırdı.  Afrikada tarixin ən böyük soyqırımını törədən Fransadan tutmuş, ərazisindən min kilometrlərlə uzaqda olan Əfqanıstanı, İraqı, Suriyanı bombalayan ABŞ-a qədər Azərbaycana qarşı bəyanatlar verir”, – siyasətçi deyib.

Tənzilə Rüstəmxanlı 30 il ərzində Xocalı soyqırımına susan Qərbin ölkəmizə və prezident İlham Əliyevə qarşı “canfəşanlığını”, bəyanatlarını cəfəngiyyat adlandırıb.

“30 il ərzində Xocalı soyqırımına susan, BMT qətnamələrinin icra olunmamasını görməzdən gələn, milyonlarla insanımızın didərgin düşməsindən danışmayan dövlətlər və təşkilatlar indi cəfəng bəyanatlar, hesabatlar hazırlayır.  Bütöv bir sistem, şəbəkə Azərbaycana, Azərbaycan liderinə qarşı fəaliyyətdədir.  Həyasızlığın həddi o səviyyədədir ki, hər iki dünya müharibəsinə səbəb olan, tarixə Hitler kimi bir qaniçən diktator verən almanlar öz əməllərinə ar etməyib mediada Azərbaycan liderinə şər atırlar.

İlham Əliyev QALİB KOMANDANDIR!

İlham Əliyev savaşda ən güclü hərbi məqamında belə dünyaya sülh örnəyi göstərən liderdir! İlham Əliyev hərbi dühasını bir günlük antiterror əməliyyatında bir mülkİ erməninin belə zərər çəkməməsi ilə təsdiqləyən Sərkərdədir! Dünya tarixində rus ordusunu bir güllə atılmadan ölkəsindən çıxaran dövlət rəhbəridir İlham Əliyev! Bütün bunları həzm etməyən anti-türk koalisiyası hər cür siyasi manipulyasiyalara əl atır. Onlar Azərbaycanla Ermənistan arasında qarşıdurma başlayandan bəri qərəzli və ikili mövqedən çıxış ediblər, işğalı həyata keçirən Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoymadan ədalətsiz mövqe sərgiləyiblər.

Bir fakt gün kimi aydındır; Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti və onun uğurları əksər hallarda ikili standartları ilə diqqətdə olan ölkələr və beynəlxalq qurumlar tərəfindən qısqanclıqla qarşılanır. Almaniyada mətbuat konfransında Azərbaycanda media azadlığı ilə bağlı suallar da bu planın icraçılarının əməli idi. Qərəzli şəkildə ünvanlanan sualları  ətrafı cavablandıran ölkə başçısı bildirdi ki,  Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media qurumu fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsizlik olardı.

Azərbaycan Prezidenti ölkəsində xalqın iradəsi ilə mütləq gücə sahibdir, hökmlüdür, öz iradəsini yeridəndir, nəzərdə tutduğu məqsədə çatmaq, hansısa layihəni həyata keçirmək üçün əlində olan rıçaqlardan maksimum istifadə edir və hər zaman planını həyata keçirir.

Bunun adı diktatorluq yox, MİLLİ LİDERLİKDİR!!!

Avropalı qafası bunu anlamaz çünki onlar dövlət başında ancaq imperator qaniçənliyini görüblər”, – Tənzilə Rüstəmxanlı fikirini yekunlaşdırıb.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17588
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12567
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
12188
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7739
May ayında Azərbaycana qar yağdı - VİDEO
7490
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6885
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6817
Sabah 20 dərəcə isti olacaq
5839
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5629
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5565
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5459
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5434
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5386
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5149
Bu yol qovşağında təmir işləri aparılacaq
5149
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4615
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4505
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4493
Azərbaycan nefti ucuzlaşıb
4308
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4225