AZ

Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir (VİDEO)

Bakı. Trend:

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri davametdirilir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi(AAYDA) məlumat yayıb.

Təmir işləri sözügedən avtomobil yolunun 9-14-cü km-likhissəsində (“Binə” ticarət mərkəzindən Biləcəri qəsəbəsiistiqamətində) icra olunur.

Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismarolunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalarmüşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneəyaradırdı.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatınınfrezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdənsözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdənqeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqətiyol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayətetmələri xahiş olunur.

Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək və üfüqinişanlanma xətlərinin çəkilişi icra olunacaq.

Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımisayda canlı qüvvə və texnika cəlb edilib.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları,ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.

Məqalədə:
Seçilən
50
17
Mənbələr
Şərh ()
Bağla