ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
BiG.AZ xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib.
"Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadəsinə dair razılaşmasını alqışlayır", -deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyi, aprelin 5-də Brüsseldə keçirilən görüş, həmçinin Ermənistan-Azərbaycan sülhü ilə bağlı məsələlər müzakirə olunub.
BiG.Az