AZ

İtaliya portalı: Azərbaycan Avropanın qaz bazarını fəth edir

İtaliya

Roma, 29 aprel, AZƏRTAC

İtaliyanın “Money.it” portalı Azərbaycanın Avropanın təbii qaz bazardakı aparıcı mövqeyinə və oynadığı rola dair yazı dərc edib.

AZƏRTAC xəbər verir ki, materialda ölkəmizin 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə artırmaq kimi iddialı məqsədə doğru irəlilədiyi vurğulanır.

Qeyd olunur ki, 2023-cü ildə Avropa İttifaqı Rusiyadan qaz idxalını kəskin azaltdıqdan sonra Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Bakıya səfər edib və “köhnə qitənin” qaz təchizatını gücləndirmək üçün 10 milyard kubmetr qaz tədarükü haqqında saziş imzalanıb. Yeni enerji sazişləri çərçivəsində isə 2022-ci ilin oktyabrında Buxarestdə Rumıniyanın “Romgaz” şirkəti və SOCAR arasında Azərbaycan qazının Bakı-Kulevi-Konstansa marşrutu üzrə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum digər zəruri infrastrukturun yaradılması və müvafiq olaraq yenidən qazlaşdırma qurğularının tikintisi ilə yanaşı, SOCAR-ın Kulevi terminalında mayeləşdirilmiş təbii qazın (LNG) istehsalını və Konstansa limanına nəqlini əhatə edir. Layihə üzrə texniki-iqtisadi əsaslandırmanın cari il ərzində başa çatdırılması gözlənilir.

Yazıda bildirilir ki, qlobal enerji bazarının transformasiyası fonunda Rumıniya və Azərbaycanın dərin enerji əməkdaşlığına sadiqliyini bir daha təsdiqləyir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla