AZ

Fahrudin Omeroviç “Konyaspor”dan qovuldu

Türkiyənin “Konyaspor” klubu Bosniya və Herseqovinadan olan baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub təcrübəli məşqçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, “Konyaspor” Super Liqada 34 turdan sonra 36 xalla 15-ci pillədə qərarlaşıb.

Fahrudin Omeroviç bu ilin yanvar ayında “Konyaspor”un baş məşqçisi təyin edilmişdi. Komanda onun rəhbərliyi altında bütövlükdə 17 oyuna çıxıb. Bu görüşlərdə 6 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət qeydə alınıb.

Xatırladaq ki, Fahrudin Omeroviç daha öncə uzun illər Türkiyənin müxtəlif klublarında köməkçi məşqçi kimi çalışıb. O, müxtəlif illərdə “Konyaspor”da da köməkçi məşqçi olub. Omeroviç vaxtilə “İstanbulspor”un baş məşqçisi kimi çalışıb.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla