AZ

Duş geli, yoxsa sabunla çimmək - Hansı faydalıdır?


Yay aylarında insanlar daha çox duş alır və hər dəfə duş gelindən istifadə edirlər.


Bəs dəri üçün hansı lazımdır?


“Medicina” xəbər verir ki, dermatoloq Heyli Qoldbax dəri üçün ən faydalı yuyucu vasitələri açıqlayıb:


“Tikə, kəsmə sabun daha faydalıdır, onda su yoxdur, konservant minimumdur. Əsas mənfi cəhəti yüksək PH səviyyəsidir.

Məhz gellər və sabunların pH səviyyəsi dərinin pH ilə uyğun olmadığı üçün onu qurudur.

Amma müasir brendlərdən olan sabunlarda yağlar və yumşaldıcı kremlər olduğu üçün dərini qurutmur.

Ona görə də maksimum təbii markalar və sadə vasitələr seçin. Tərkibində yağ olan vasitələr daha uyğundur.

Əgər duşdan sonra dəri qurudursa, sabun və ya geli dəyişin”

Aygün Musayeva


Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq