AZ

Sürət həddini aşan sürücü “Prius”u üzü üstə aşırdı- VİDEO

Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 29-u günorta saatlarında “Mida” Yaşayış Kompleksində qeydə alınıb. Belə ki, “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün yüksək sürətlə döngəni dönməsi olub. Nəticədə sükanı buraxan sürücü maşını üzü üstə aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil sıradan çıxıb.
Qeyd edək ki, yaxınlıqda olan insanlar çevrilmiş maşını düzəldiblər. 

Nərmin

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla