AZ

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Məsələ ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
Politoloq qarşımızda dövlət maskası geyinən terrorçu cinayətkar bir qruplaşma olduğunu bildirib:

"Ermənistanın mina terroru dövlət cinayətlərindən biridir. 90-cı illlərdə Azərbaycanın ərazilərini minalayan Ermənistan bu günə qədər düzgün mina xəritələrini Azərbaycana təhvil verməyib. Mina xəritələri məsələsində Azərbaycanı süni manipulyasiyalar etməyə cəhd edir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, dünya təşkilatları Ermənistanın bu qanunsuzluqlarına səs çıxarmır. Beynəlxalq ictimaiyyətdən doğru-dürüst səs gəlmədiyinə görə, Ermənistan mina terroru hər gün daha da dərinləşdirir. Bu mina terroru Ermənistanın real mahiyyətini bir daha ifşa etmiş olur. Bizim qarşımızda dövlət maskası geyinən terrorçu cinayətkar bir qruplaşma olduğu bəlli olur. Onlar öz iyrənc əməllərini 30 il boyunca davam etdiriblər. Mina terroru ilə məsələni hər zaman aktual saxlayıb, beynəlxalq ictimaiyyətə çatdırmalıyıq".

Qeyd edək ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla