AZ

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin rəisi general-mayor Əşrəf Qasımovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti 23-26 aprel 2024-cü il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub.

APA nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğanla görüşən Əşrəf Qasımov Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, mövcud əməkdaşlığın ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğan son illər Türkiyədə baş vermiş fövqəladə hallar zamanı - 2021-2022-ci illərdəki meşə yanğınlarının söndürülməsində, 2023-cü ildəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan tərəfinin göstərdiyi köməyin əhəmiyyətini vurğulayıb.

Görüşdə fövqəladə hallar zamanı hər iki ölkənin müvafiq qurumlarının aviasiya qüvvələrinin birgə fəaliyyəti, təlimlərin təşkili, xilasetmə və təxliyə məsələlərində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, səfər çərçivəsində FHN-in nümayəndə heyəti Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotillə də görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı FHN-in nümayəndə heyəti Türkiyənin Jandarma Hava Qüvvələri Komandanlığının fəaliyyəti ilə yaxından tanış olub.

FHN-in FHN-in FHN-in FHN-in FHN-in FHN-in
Seçilən
15
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3496
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3469
Bu yol qovşağında təmir işləri aparılacaq
2923
Bakıda hoteldə yanğın başlayıb
2557
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1565
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1506
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1480
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1335
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1161
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1141
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1051
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
984
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
978
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
861
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
838
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
828
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
824
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
807
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
785
Sabah 5 kəndin qazı kəsiləcək
749