AZ

“Biz hakimlərə hörmət edirik, amma onlar bizə lazımi hörməti göstərmirlər”

Kişi basketbolçulardan ibarət “Xəzri”nin baş məşqçisi Murat Dikmən ölkə çempionatının 18-ci turunda “Sabah”a məğlubiyyəti (65:76) şərh edərkən ədalətsizlik gördüyünü bildirib.

Bununla bağlı Murat bəylə əlaqə saxladıq:

“Öncəliklə “Sabah”ı və texniki heyətini təbrik edirəm. Təəssüf ki, matça iki vacib zədəli oyunçu olmadan başladıq. Bu da rotasiyamıza çox təsir etdi. İlk dövrədə istədiyimiz oyun planını həyata keçirdik. İkinci hissədə isə planlarımıza sadiq qala bilmədik. Üçüncü hissədə çox yaxşı mübarizə apardıq və arxadan gələrək üstünlüyü ələ keçirdik. Son dövrədə həm fiziki, həm də mənəvi cəhətdən geri qaldıq və matçı uduzduq. Bir həftə ərzində kubokda “NTD-İndiqo” ilə yarımfinal, “Neftçi” ilə final və nəhayət, “Sabah”la liqa matçı oynadıq. Hər birində çox yaxşı çıxış etdik. Buna görə bütün oyunçularımı təbrik edirəm. Hakim qərarları ilə bağlı ədalətsizlik gördüyümü bildirdim. Biz hakimlərə hörmət edirik, amma onlar bizə lazımi hörməti göstərmirlər. Son oyunda bir komanda 32 sərbəst atış, digər komanda isə 11 sərbəst atış edir. Bu həqiqətən də çox qəribədi. Lakin bu oyundu. Hər kəs səhv edə bilər. Əsas odu ki, hamımız səhvlərimizdən dərs çıxaraq. Şəxsən və ya qurum olaraq, heç kimə qarşı qərəzim yoxdu. Sadəcə, matçlarla bağlı fikirlərimi bildirdim”.

GÜNAY SÜLEYMANOVA
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla