AZ

“Azərbaycanın milli idman və hərbi oyunları” mövzusunda tədbir keçirilib - FOTO

29 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisası üzrə IV kurs tələbələrinin və Akademiyanın Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası kaferaının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin təşkilatçılığı ilə təcrübədə olduqları Bakı şəhəri 272 nömrəli orta məktəbdə "Azərbaycanın milli idman və hərbi oyunları" mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Səfurə Rəhimova açdı. Səfura xanım çıxışında bildirdi ki, məktəbimizdə keçən təcrübəçi və rəhbərin bu mövzuda təşəbbüsü təqdirəlayiqdir.

Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadə "Azərbaycanın qədim idman oyunları: dünəni və bugünü" mövzusunda məruzə ilə çıxış edərək, milli idman oyunlarımız olan "Çovkan", "Dirədöymə, "Zorxana" oyunları barədə ətraflı məlumat verdi. Çıxışının sonunda məktəbin şagirdləri ilə bu barədə diskusiya keçirdi.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təcrübəçi tələbəsi Kənan Abdullazadə "Hərbi idman oyunları və yeniyetmələrə təbliği" mövzusu ilə tədbiri davam etdirdi.

Sonda məktəbin direktoru keçirilən tədbirə görə M.Məmmədzadəyə və diskusiyada fəal iştirak edən şagirdlərə öz təşəkkürünü bildirərək, belə tədbirlərin davamlı olmasını bildirdi.

Milli.Az

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq