AZ

Smartfon bazarında bu telefonlar trend olacaq - Mütəxəssislər AÇIQLADI

2024-cü ildə smartfon bazarında aktual olacaq smartfonlar açıqlanıb.


Sfera.az xəbər verir ki, bu barədə material "Tech Advisor" saytında yerləşdirilib.

 

Ekspertlər süni intellekt (AI) xidmətlərinin olduğu və daha ucuz qatlanan smartfonların trend olacağını qeyd ediblər. Nümunə olaraq onlar qiyməti 799 dollar olan "Motorola Razr 40" və qiyməti 499 dollar olan "Nubia Flip 5G"ni göstəriblər.

 

Mütəxəssislər həmçinin qeyd ediblər ki, optik zumlu yüksək keyfiyyətli kameralar daha çox ucuz qacetlərdə və orta səviyyəli smartfonlarda görünəcək. Bundan əlavə, ekspertlər daha çox şirkətin ekoloji cəhətdən təmiz materiallardan qurğular istehsal edəcəyini gözləyirlər. Belə hesab edilir ki, telefonlar çıxarıla bilən akkumulyatorlara malik olacaq və həm də təmiri daha asan olacaq.

 

"Tech Advisor" müəlliflərinin qeyd etdiyi başqa bir tendensiya batareyanın ömrünün artmasıdır. 

 

İnci

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla