AZ

Fransa Ermənistanda hərbi baza yaradacaqmı?

"Fransanın Ermənistanda hərbi bazalar yaratmasına inanmıram". 

Bizim.Media xəbər verir ki, bunu erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan Caliber.az-ın "Gələcəkdə Fransa hərbi bazalarının Ermənistanda yaradılmasına icazə veriləcəkmi?" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Fransa Ermənistana silah sata bilər və çox güman ki, bunu edəcək, lakin hərbi bazaların olması tamam başqa geosiyasi səviyyədir. 
Blogerin fikrincə, Fransa bazaları regionda yeni risklərlə yeni reallıqlar yaradacaq:

"Bu isə Ermənistana lazım deyil".

Bizim.Media

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla