AZ

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsindədir

Lənkəran Dövlət Universitetinin (LDU) “Baytarlıq” fakültəsinin “Baytarlıq” ixtisasının V tədris ilinin 11 tələbəsi 27.02.2024-cü il tarixindən Türkiyənin Qafqaz (Qars) Universitetinə 3 ay müddətinə istehsalat təcrübəsi keçmək üçün göndərilib.
 
 
AzEdu.az xəbər verir ki, hazırda tələbələr qruplara ayrılaraq dörd fərqli sahədə - baytarlıq cərrahiyyəsi, süni mayalanma, yoluxmayan daxili xəstəliklər, mamalıq və ginekologiya sahələrində istehsalat təcrübəsində iştirak edirlər.
 
 
İstehsalat təcrübəsində tələbələr müxtəlif xəstəliklərin laborator müayinəsi, yoluxmayan daxili xəstəliklərin müayinə və müalicəsi, heyvanlar üzərində cərrahi əməliyyatların aparılması, süni mayalanma və embrionun transplantasiyası işinin təşkili və tətbiqi, eyni zamanda doğum və ginekologiya sahəsində bilik və təcrübələrini zənginləşdirirlər.
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla