AZ

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

Hazırda Azərbaycanın avtomobil istehsal həcmi aşağı olsa da, bu sahədə sürətli artım olacağı gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu, "Fitch Solutions" (FS) şirkətinin araşdırma qrupunun hesabatında bildirilib.

FS qeyd edib ki, 2023-cü ildə Azərbaycanın ümumi avtomobil istehsalı 5 min ədəddən aşağı olsa da, daha çox istehsal zavodu fəaliyyətə başlayacağı üçün 2024-cü ildən 2028-ci ilə qədər artımın əhəmiyyətli dərəcədə sürətlənəcəyini gözlənilir.

"2024-cü ilin yanvarında İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uzavtosanoat” və “Azərmaş” şirkətləri 2026-cı ilə qədər Azərbaycanda illik gücü 30 min ədəd olan zavodun yaradılması haqqında saziş imzalayıblar. İranın Khodro Şirkəti (IKCO), 2024-2033-cü illər ərzində istehsalın 43,4% artımını dəstəkləyəcək, 2033-cü ilə qədər illik istehsal həcmini 100 min ədəddən bir qədər az təşkil edəcək" - FS-nin şərhində əlavə edilib.

Seçilən
1
5
Mənbələr
Şərh ()
Bağla