AZ

"Azərbaycan cəmiyyətində onlarla bağlı mənfi fikirlər var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Obyektiv və subyektiv səbəblərə görə cəzaçəkmə müəssisələrində məhbusluq həyatını yaşayan həm kişilər, həm də qadınlarla bağlı dövlətimiz heç bir məhdudiyyət qoymadan bu və ya digər dərəcədə müxtəlif layihələr, dövlət proqramları işləyir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, məhbuslar cəzasını çəkib bitirəndən sonra azadlığa çıxanda onlara 1500 manata yaxın ilkin özünə baxmaq və işini qurmaq üçün dövlət tərəfindən maliyyə yardımı da ayrılır: "Amma bu bir insanın illər boyu azadlıqdan məhrum olaraq heç bir iqtisadi, sosial və mənəvi yardım almadığı, çətinliyə düşən bir insanın müasir dövrün ən çətin həyat tələblərinə cavab verən yaşayış qurmasına elə də köməklik göstərə bilməz. Çünki azad iqtisadiyyatda və kapitalizm dövründə yaşayırıq. Kapitalizm sisteminin özünəməxsus qanunauyğunluqları var. İşlədinsə həyatda müəyyən mövqe tuta bilərsən, çalışmadınsa problem yaşaya bilərsən.

İnkişaf etmiş cəmiyyətlərdə məhbuslarla bağlı çox maraqlı həm müxtəlif ictimai qurumların, həm də bələdiyyələrin, dövlətin çox aktual və sosial.

yönümlü layihələri var. Onlar peşə artırma kurslarına cəlb olunurlar, işə düzəlmə agentlikləri onlara təkliflər edir. Təəssüflər olsun ki, Azərbaycanda hələ bu sistem yoxdur. Məhbuslar, daha çox qadınlar azadlığa çıxandan sonra, onsuz da, onlarla bağlı Azərbaycan cəmiyyətində çox mənfi fikirlər olur. İnsan həbsxanaya düşdüsə, sosial adaptasiyası olması üçün Azərbaycanda elə də köməklik olmur. Əksinə azərbaycanlılar belə insanlara inamsızlıq nümayiş etdirirlər. Onların işə götürülməsi ilə əlaqədar müəyyən mənada problemlər ortaya çıxır. Onlar ən ağır işlərdə işləməyə razılıq verirlər. Amma keçmiş məhbusların, xüsusilə də, qadınların işə düzəlməsi ilə bağlı yenə də böyük problemlər var. Elə sahələr var ki, məsələn, qabyuyan, xidmətçi, süpürgəçi kimi zəhmət tələb edən işlərdə böyük məmnuniyyətlə işəgötürənlər keçmiş məhbus qadınları işə götürürlər. Çünki orada həm məvacib azdır, həm gündəlik iş çoxdur, həm də onlardan nəsə tələb etmirlər. Təəsüf ki, Azərbaycanda Sovet dövründən qalma fikir var ki, məhbus xanımlar əgər işə götürülürsə, onlar oğurluq edəcək, təzədən cinayət edəcəklər. Ona görə də onlara heç də həvəslə iş vermirlər".

"Keçmiş məhbus xanımların azadlığa çıxandan sonra onların yeni sənədlərə yiyələnməsi, cəmiyyətə adaptasiya edilməsi, mental psixoloji uyğunlaşması üçün ən azı 6 ay kurslar təşkil olunmalıdır. Anlamaq lazımdır ki, dörd divar arasında yaşamağa məcbur olmuş bu şəxslər onsuz da Allah və dövlət tərəfindən cəzalandırılıb. Növbəti dəfə cəmiyyət tərəfindən cəzalandırılmasına yol vermək olmaz. Eyni zamanda həmin adamların ağır fiziki işlə məşğul olması həm sağlamlığında problemlər yaradır, həm də yaşam tərzindəki psixoloji, mənəvi əksikliklər buna imkan vermir.

Onun üçün işə götürənlər, dövlət strukturları, cəmiyyət də onları anlamalıdır. Bu keçmiş məhbus xanımlarla bağlı həm dövlət, həm də ictimai-sosial proqramlar həyata keçirməlidir. Onların adaptasiya olunması, sənətə malik olmaları, ailəsi tərəfindən rədd edilirsə, onların cəmiyyətin digər sosial qurupları ilə birlikdə adaptasiya olunub yeni həyata başlaması üçün addımlar atmalıyıq. Necə ki, biz böyük problemlərlə rastlaşırıq, yenə də həmin problemlərlə rastlaşa bilərik. Təkrar cinayətlər baş verə bilər, məhbuslar yenidən həbsxanaya qayıda bilərlər. Bütün bunları nəzərə alsaq, yaxın vaxtlarda məhbuslarla bağlı yeni proqramın hazırlanması və həyata keçirilməsinin aktuallığını dərk edə bilərik. Tezliklə bu problem həll oluna bilər.

Dünya statistikası da göstərir ki, keçmiş məhbuslar özlərini cəmiyyətdə yad hesab edəndə, onlara iş verilməyəndə, onlar yenidən cinayət hadisəsi törədir və həbsxanaya qayıtmış olurlar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15454
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15319
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15154
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12876
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11498
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9210
"Zaur, yenə çaşdın..." - VİDEO
7749
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5895
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5509
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4758
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4661
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4287
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4124
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3924
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3172
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3146
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2907
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2904
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2752