AZ

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornadolar nəticəsində ölənlərin sayının 5-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Səhiyyə Xidməti məlumat yayıb.

Məlumata görə, təbii fəlakət zamanı Oklahoma ştatında biri uşaq olmaqla 4 nəfər, Ayova ştatında isə 1 həyatını itirib.

100 nəfər isə təbii fəlakət nəticəsində xəsarət alıb.

Oklahoma qubernatoru Kevin Stitt şəhərin mərkəzindəki bütün iş yerlərinin dağıldığını bildirib.

Stitt əlverişsiz hava şəraiti ilə əlaqədar dünən ştatın 12 bölgəsində "fövqəladə vəziyyət" elan edib.

Tornadoların vurduğu zərərin müəyyən edilməsi üçün rəsmi qiymətləndirmələr aparılır.

Şəbnəm Mehdizadə

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla