AZ

Kimmix: "Real" matça favorit kimi çıxacaq"

"Bavaariya" sabah UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Real"ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisinin üzvü Coşua Kimmix matçın favoritini açıqlayıb.

"Hər iki komanda indi tamamilə fərqlidir. Oyunlar fərqli olacaq. "Real" oyuna favorit kimi çıxacaq, çünki mövsüm bizim üçün bir qədər gərgin keçdi. Bununla belə, mən şanslarımızın yaxşı olduğunu düşünürəm".

Matç aprelin 30-da, 23:00-da start götürəcək.


Seçilən
13
Mənbələr
Şərh ()
Bağla