AZ

Millət vəkilləri Veysəloğlu Şirkətlər Qrupunu ziyarət edib

Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri, millət vəkilləri Vüqar Bayramov, Aydın Hüseynov, Fatma Yıldırım, İltizam Yusifov və Müşfiq Məmmədli Veysəloğlu Şirkətlər Qrupunu ziyarət ediblər.

Millət vəkilləri Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Talıbovla görüşüblər.

Görüş zamanı son illər iqtisadi sferada həyata keçirilən islahatlar, ölkə rəhbərliyi tərəfindən əksər sahələrdə olduğu kimi sahibkarlığın və məşğulluğun dəstəklənməsi istiqamətində həyata keçirilən məqsədyönlü iqstisadi siyasətin bu sahənin inkişafında böyük rol oynadığı vurğulanıb. Şirkətin Vətən Müharibəsi dövründə həyata keçirilən fəaliyyətlərdə böyük qürur və həvəslə iştirak etdiyi, Qarabağın bərpa və yenidənqurulması prosesinə töhfə verdiyi, həmçinin ekoloji sahədə müxtəlif tədbirlər həyata keçirdiyi qeyd olunub. Görüş çərçivəsində millət vəkilləri Şirkətlər Qrupu, eləcə də “Araz” supermarketlər və “Oba” marketlər şəbəkəsinin baş ofisi ilə tanış olublar. 

Millət vəkilləri həmçinin Veysəloğlu Şirkətlər Qrupuna məxsus olan Veysəloğlu Logistika Mərkəzi və “Xonça” fabrikini də ziyarət ediblər. Qonaqlara Logistika Mərkəzinin ərazisi, iş prosesi nümayiş etdirilib, fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz 22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq  və donmuş məhsullar saxlanılır. Gündəlik 500 palet mal qəbul edən və 3000 mağazaya məhsul təminatını həyata keçirən anbarın fəaliyyəti beynəlxalq standartlara uyğun qurulub. 

Millət vəkillərinə məlumat verilib ki, Mərkəzdə həmçinin soyuq anbar da fəaliyyət götərir. -18 dərəcədə 2500 palet tutumuna və +5 dərəcədə 2500 palet tutumuna malik soyuq və donmuş məhsullar saxlanılan anbarın fəaliyyəti, temperatur rejimlərinə riayət edilərək tədarük zəncirinin təmin edilməsi millət vəkilləri tərəfindən yüksək qiymətləndirilib. 

Daha sonra millət vəkilləri 300 nəfəri işlə təmin edən və aylıq 1000 ton istehsal gücünə malik olan “Xonça” fabrikini ziyarət ediblər. Burada millət vəkillərinə İSO 22000 standartlarına uyğun təşkil edilmiş tam avtomatlaşdırılmış və yarı avtomatlaşdırılmış istehsal xətləri, şoklama, soba və logistika sahələri barədə məlumat verilib. Bildirilib ki, “Xonça” fabriki keyfiyyətli məhsulların davamlı istehsalını təmin edən müasir avadanlıqlarla təchiz edilib. Fabrikin iş prosesi ilə yaxından tanış olan millət vəkilləri burada tətbiq edilən qabaqcıl texnologiya, qida təhlükəsizliyi tələblərinin qorunması və yüksək keyfiyyətli məhsul istehsalını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu “Araz” supermarket və “Oba” marketlər şəbəkəsini, “Veysəloğlu Distribusiya”, “Vesta-Horeka” distribusiya şirkətlərini, “Ulduz” şokolad fabrikini, “Xonça” istehsal fabrikini, “Entree Azərbaycan” və “Rossmann Azərbaycan”ı özündə birləşdirir.

Millət vəkilləriVeysəloğluAydın Talıbov
Seçilən
10
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16033
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15720
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15387
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13318
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11955
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9505
"Zaur, yenə çaşdın..." - VİDEO
7852
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5988
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5901
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5080
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4974
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4411
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4218
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4073
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3231
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3216
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2977
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2955
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2793