AZ

İqtisadiyyat İnstitutunun əməkdaşı təcrübi biliklərini tələbələrlə bölüşüb

İqtisadiyyat

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Sənayenin təşkili və idarə edilməsi kafedrasında “Sosial sahibkarlıq” mövzusunda elmi seminar keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Rəsmiyyə Abdullayeva təcrübi biliklərini tələbələrlə bölüşüb, sosial rifah, yoxsulluğun azaldılması, sosial sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı təqdimatlar edib. O, çıxışının yekununda tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb, onlara tövsiyələrini verib.

Sonda qeyd olunub ki, bu cür tədbirlər universitetlərlə elmi-tədqiqat institutlarının inteqrasiyası və faydalı əməkdaşlığı baxımından əhəmiyyətlidir.

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla