AZ

Gəncədə “Musiqinin gücü” layihəsi həyata keçiriləcək

Gəncədə

Bakı, 29 aprel, AZƏRTAC

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ilk dəfə “Musiqinin gücü” layihəsini həyata keçirəcək.

Gəncə Dövlət Filarmoniyasından AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində həftənin müəyyən günləri açıq havada konsert proqramları olacaq.

“Musiqi gücü” layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ etmək və insanların asudə vaxtının səmərəli təşkilinə kömək göstərməkdir.

İlk konsert proqramı mayın 6-da Xan bağında təşkil ediləcək.

Seçilən
0
Mənbələr
Şərh ()
Bağla