Türkiyənin Şanlıurfa şəhərində sərhədi qanunsuz keçmək istəyən terrorçu yaxalanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatı əldə edildikdən sonra sərhəd xəttində ehtiyat tədbirləri gücləndirilib.
Komandalar PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində yaxalayıb.
Şəbnəm Mehdizadə