AZ

"Ziraat Bank Azərbaycan" ölkəmizin bankçılıq missiyasının ABŞ-yə ilk geniş işgüzar səfərində iştirak edib

22.04.2024-cü il tarixində Azərbaycanın Bankçılıq Missiyası çərçivəsində ABŞ-yə ilk işgüzar səfər təşkil olunub. İşgüzar səfərdə “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr.Selçuk Demir də iştirak edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının rəhbər nümayəndələrinin və bir sıra bankların sədrlərinin iştirak etdiyi səfər 25.04.2024-cü il tarixinədək davam edib.

Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyası və Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ABŞ-yə baş tutan işgüzar səfərin əsas məqsədi hər iki ölkənin maliyyə sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərməkdir. Azərbaycan bankçılıq missiyasının səfəri çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası, “Exim Bank” və “Bank of New York Mellon” kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə qurumların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb. Həmçinin iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsində bank-maliyyə sektorunun rolunun önəmi vurğulanaraq əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Seçilən
72
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14624
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14338
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14276
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12158
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10367
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8596
"Zaur, yenə çaşdın..." - VİDEO
7543
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5656
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4196
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4082
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3961
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3911
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3748
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3568
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3049
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3033
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2816
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2774
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2666